Azəri Hazırlıq Kurslarında Buraxılış imtahanı və Kollec hazırlığı 9,10,11-ci sinif şagirdləri, eləcədə məzunlar üçün təşkil edilmişdir. Dərslər paket şəklində Buraxılış fənləri (Ana dili, Riyaziyyat, Xarici dil) üzrə tədris edilir.
Buraxılış imtahanı və Kollec hazırlığı kurslarında dərslər aşağıdakı qrafikə uyğun keçirilir:
Fənn sayı: 3
Həftə ərzində dərs günü: 3
Aylıq dərs saatı: 36
İllik dərs yükü: 9-10 ay
Dərslər saat 15:00-da başlayır
Bir dərsin müddəti 50 dəqiqədir.
***
Abituriyentlər dərs ili ərzində aşağıdakı imtahanları verirlər.
BSİ (Buraxılış Sınaq İmtahanı) – Bu imtahan ayda bir dəfə olmaqla, DİM-in Buraxılış imtahanı (Ana-dili, Riyaziyyat, Xarici dil) sisteminə uyğun olaraq keçirilir. Nəticə barədə valideynlər məlumatlandırılır.
***
Nəticələrin təhlili
Azəri Hazırlıq Kursları uğurlarının əsas səbəblərindən biri də hər bir abituriyentin dərs və imtahan nəticələrinin təhlil edilməsidir. Təhlil zamanı şagirdin təlim prosesində hər hansı bir neqativ xüsusiyyəti müəyyən edilərsə idarə heyyəti və müəllimlər bu problemin aradan qaldırılması yollarını müzakirə edir, qərar qəbul edilir və tətbiq edilir.
***
Valideyinlərin məlumatlandırılması
İşimizin əsas istiqamətlərindən biri də valideynlərlə işdir. Abituriyentin uğur qazanmasında müəllim və valideyn işbirliyinin əhəmiyyəti danılmazdır. Bunu nəzərə alaraq kursumuz tərəfindən valideyinlər, abituriyent dərsə gəlmədikdə, ev tapşırığını etmədikdə, gündəlik qiymətləndirmə zamanı aşağı nəticə göstərdikdə, dərsə qarşı laqeyid münasibət bəslədikdə, nizam-intizam qaydalarına əməl etmədikdə məlumatlandırılır.
Bundan əlavə olaraq hər bir imtahanın nəticələri açıqlandıqdan dərhal sonra valideynlərə abituriyentin balı barədə SMS göndərilir.